Sosial şəbəkədə paylaşılan foto maraq doğurub.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, foto Niderlandın Amsterdamdan sonra ikinci böyük şəhəri olan Rotterdamda yerləşən Bakı küçəsində çəkilib.
Facebook-dakı "Gəzəyənlər" qrupunda paylaşılan foto qısa zamanda xeyli "like" toplayıb. İzləyicilərin çoxu, Hollandiyadakı Bakı küçəsinin varlığından xəbərsiz olduğunu bildirib.
Məlumat üçün bildirək ki, 1950-ci ildə Azərbaycandan Rotterdam limanına ilk dəfə neft tankerinin gəlməsi şərəfinə bu küçə paytaxtımızın adını daşıyır.
Qeyd edək ki, dünyanın başqa iri şəhərlərində də Bakı küçəsi var.