Dünyanın ən qədim mirvarisi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə tapılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislər onun 8 min il yaşı olduğunu iddia edirlər. Marava adasındakı qazıntılar zamanı aşkar edilən mirvari ilə yanaşı neolit dövrünə aid qalıqlar da tapılıb.
Mütəxəssislər bildirib ki, tapıntı hələ o dövrlərdə mirvarinin ticarət məqsədilə istifadə edildiyini sübut edir.
Mirvari Əbu-Dabidə Luvr muzeyində sərgiyə qoyulacaq. Sərgi oktyabrın 30-dan sonra ziyarətçilərin ixtiyarına veriləcək.
Arxieloqlar bildirib ki, zinət əşyası eramızdan əvvəl 5800 və ya 5600-cü illərə aiddir. "Əbu-Dabinin mirvarisi" adlandırılan əşya "Dəbdəbənin 10 000 yaşı" adı ilə sərgilənəcək