Bir müddət əvvəl veteran futbolçu Devid Bekhemlə evliliklərinin 20-ci ilini qeyd edən Viktoriya Bekhem "The View" proqramının qonağı olub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Spice Girls" qurupunun sabiq üzvü şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
Aparıcı Coy Beharın "Neçə ildi birlikdəsiniz" sualına cavab verən 45 yaşlı Viktoriya "20 il. Buna inana bilirsiniz?" deyib.
Xanım Bekhem aparıcının "Deviddə səni cəzb edən nə idi" sualına belə cavab verib: "Bilirsən, Devid inanılmaz dərəcədə yaxşı görünür. Amma o, möhtəşəm ər və atadı. Hamımız üçün ilham mənbəyidi. Çox çalışır. Ruh əkzim olduğu üçün çox şanslıyam".
"Bir insanla uzun illər birlikdə keçirdikdən sonra onunla dost olmalısan. Çünki cinsi həyat... Eh... Yaxşıdı. Bununla bağlı narahat olmayın (gülür)", deyə Viktoriya əlavə edib