Türkiyəli aktrisa Hülya Avşarın qızı Zehra Çilingiroğlunun məşhur modelyer Gülnur Güneşin toyundan görüntüləri yayılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, gənc qız ötən həftə rəfiqəsinin xına gecəsinə qatılmış və hər kəs tərəfindən çox bəyənilmişdi. Hətta onun plastik əməliyyat sayəsində belə dəyişdiyini söyləyənlər də olmuşdu. Lakin Zəhra bu dəfə tənqid hədəfi olub. Sosial şəbəkə istifadəçiləri sevgilisi Alaattin Kadayıfçıolğu ilə eyni tərzdə kostyum geyinən gənc qızı qarsona bənzətdikərini deyiblər.
Onlar Çilingiroğlunun ünvanına "Toya qarson olaraq gedib?", "50 yaşında kimi görünür", "Geyinməyi anasından öyrənsin" kimi rəylər yazıblar.