Parisdə bir zoopark yaxın günlərdə yeni “qonaq” qarşılayacaq. Adı blobdur (damla), sarı rəngli yosuna bənzər bir orqanizmdir. Ancaq bu canlı bioloqlar üçün də sirlidir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, blobun beyni yoxdur, amma problemi həll etmə və məlumat ötürmə qabiliyyətinə malikdir.
Ağzı, mədəsi və gözləri də yoxdur. Lakin hiss edə və yemək yeyə bilir. Əgər ikiyə bölünübsə, iki dəqiqə ərzində özünü bərpa edə bilir. Blobun ayaqları da yoxdur, amma bu onun saatda 4 santimetr məsafə qət etməsinə əngəl deyil. Bu sirli orqanizmin 720 cinsi orqanı var.
Miksomiset ailəsinin bir üzvü olan blobun göbələk növü olduğu deyilsə də, bu nə bir bitki, nə də heyvan kimi sinifləndirilir. Bioloqlar hələlik qərar verməyib.
Paris Təbiət Tarixi Muzeyinin direktoru Bruno Davidə görə, təbiətin sirli canlılarından olan blobun nə olduğu bilinmir. Mütəxəssislər blobun rütubətli meşəlik yerlərdə, işıqdan uzaqda yaşamasına diqqət çəkir. Lakin Bruno David blobun bir heyvan davranışlarına malik olduğunu deyib.
Mütəxəssislər blobun öyrənmə qabiliyyətinə diqqət çəkmək üçün labirint təcrübəsini həyata keçirib və yeməyə çatmaq üçün ən qısa yolu seçdiyini kəşf ediblər.
David blobun digər xüsusiyyətlərini belə sıralayır:
“Məsələn, blob duza nifrət edir, arxasında yemək də olsa həmin əngələ doğru getmir. Bu əngəli aşmaq üçün alternativ yollar tapır. Çox sürətli formada öyrənir. Əgər iki bloba eyni şeyi öyrətsək, biri öyrəndiyini digərinə öyrədir”.
Belə bir canlı ilk dəfə olaraq insanlar üçün nümayiş etdiriləcək