Qadin.NET / Bakı Dövlət Sirki köçür?

Bakı Dövlət Sirki köçür?

Bakı Dövlət Sirki köçür?


Qadin.Net  xəbər verir ki, bunu trend-ə açıqlamasında Bakı Dövlət Sirkinin Mətbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu deyib.

Onun sözlərinə görə, əvvəlki binanın təmir edilməsi isə çətindir: "Bakı Dövlət Sirkinin hazırkı binası köhnə olduğu üçün burada təmir işləri aparmaq çətindir. Bu səbəbdən yeni, müasir tələblərə cavab verən binaya ehtiyac var. Lakin hələ köçürüləcək bina hazır deyil. Sadəcə, bu istiqamətdə iş gedir".

M.Rəsuloğlu bildirib ki, Bakı Dövlət Sirki hansısa hazır binaya köçürülməyəcək: "Bunun üçün yeni bina tikilməlidir və bu istiqamətdə də iş aparılır. Həmin bina tikilib Bakı Dövlət Sirki üçün tam hazır vəziyyətə gətiriləndən sonra ora köçürüləcək".

18 oktyabr 2019
GO BACK