Türkiyəli ifaçı Kənan Doğulu Harbiye Açıqhava teatrının son gecəsində səhnəyə çıxıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı gəlirini “Mehmetçik” vəqfinə bağışlayıb.
Lakin gecədə diqqət çəkən məqam Beren Saatla barışdığı deyilən sənətçinin yenə tək qalması olub.
Qeyd edək ki, cütlüyün münasibəti bu ilin fevralında korlanıb. Onların aylardır barışdığı, küsdüyü, hər iki tərəfin xəyanət etməsi barədə xəbərlər yayılıb.