Qadin.NET / Viktoriya Bekhem yaşından danışdı

Viktoriya Bekhem yaşından danışdı

Viktoriya Bekhem yaşından danışdı


Viktoriya Bekhem yaşlanma prosesi ilə niyə mübarizə aparmamasının səbəblərini açıqlayıb.

Qadin.Net publika.az-a istinadən  xəbər verir ki, 45 yaşlı modelyer "Bu səhər" televiziya proqramında yaşına görə gözəl görünməyə çalışdığını söyləyib.

O, bildirib ki, 20 yaşında qız kimi görünmək iddiasında deyil: “Daha gənc görünməyə çalışmıram. Sadəcə yaşıma görə gözəl görünmək istəyirəm. Özümün ən yaxşı halımdan zövq almaq və özümün qayğıma qalmaq istəyirəm”.

Viktoriya Bekhem​​​​​​​ yaşla bağlı dəyişiklikləri qəbul etməkdə heç bir problemi olmadığını izah edib: “Yaşımı və onun gətirdiyi dəyişiklikləri hiss etməyi xoşlayıram. Yaşlanmanı qəbul edirəm, çünki bu, təbii prosesdir. Hamımız nə vaxtsa yaşlanırıq".

Dizayner cavanlaşdırıcı kremlərə də münasibət bildirib: "Markam görünüşü dəyişdirmək, cavanlaşmaq üçün nəzərdə tutulmayıb. Qırışlardan qurtulmağa kömək edəcək məhsullar hazırlamaq fikrində deyiləm, çünki bunlar cəfəngiyyatdır. Düşünürəm ki, özümüzü dəyərləndirməliyik, daha yaxşı olmağa çalışmalı və bunu da qiymətləndirməliyik".

Viktoriya Bekhem yaşından danışdı


18 oktyabr 2019
GO BACK