İnternet serialı “Yaşamayanlar”ın aktrisası Elit İşcan ekran işində qardaşını canlandıran Efecan Şenolsunu cinsi istismar iddiası ilə məhkəməyə vermişdi.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onların ilk məhkəmə prosesi baş tutub.
Efecan ifadə verərək, belə bir şey etmədiyini dilə gətirib:
“Serialın sonuncu çəkilişləri səhərə yaxın gerçəkləşirdi. Hazırlıqlarımızı da bizim üçün ayrılmış xüsusi maşınlarda edirdik. Onu təhqir etməmişəm və aramızda gərginlik olmayıb. Senariyə əsasən, “Allah bəlanı versin” cümləsi deməli idim. Bu dialoqu çəkilişdən öncə təkrar etdim. Fotolardan da göründüyü kimi səmimi bir dostluğumuz var idi. Hadisə günü tək qalmamışıq. Yanımızda adamlar var idi. Onu cinsi istismar etməyə çalışmamışam. Belə bir iddia irəli sürməsini qəbul edə bilmirəm”.
Hadisənin səhərə yaxın gerçəkləşdiyini təsdiq edən Elit isə “Onunla ilk təmasım maşında olub. Həmin vaxtı yanımızda 3 nəfər var idi. Mənə “Allah bəlanı versin, yanıma yaxınlaşma” dedi. Hadisəni prodakşn rəhbərinə danışdım. O isə “Efecan hazırda içkilidir, idarə edirik” söylədi. Sonuncu çəkilişlərin olacağı binanın yanında daşın üstündə oturmuşdum. Məni arxadan qucaqladı və “Bacımla insest əlaqə (qan qohumları olan şəxslər arasında cinsi əlaqə - red.) istəyirəm, öp məni” deyə, dodaqlarını və başını uzatdı. Oradan uzaqlaşanda arxadan yenə məni qucaqladı. Onu itələdim. Bundan sonra məni söyməyə başladı” deyə, ifadəsində söyləyib.
Hakim niyə hadisədən dörd ay keçəndən sonra Elitin məhkəməyə müraciət etməsi barədə sual verib. O isə “İnsanlar serialı reklam etmək üçün buna əl atdığımı düşünə bilərdilər. Ona görə də bu addımı hər kəslə məsləhətləşib atdım” deyə, bildirib.
Qeyd edək ki, məhkəmə iclası növbəti tarixə ertələnib. Efecanın 17 il 4 ayadək həbsi tələb olunur