Türkiyəli müğənni Edis Görgülü onu məhşurlaşdıran prodüserlik şirkəti ilə məhkəməlik olmuşdu.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı üçün üç ayrı məhkəməyə müraciət edən şirkət eyni zamanda Edisin atası Ayhan Görgülünü də fırıldaqçılıqda günahlandırılıb.
Şirkətin tələbindən sonra məhkəmə Edis haqda 1 milyon 23 min lirəlik cərimə qərarı çıxarıb.
Ümumilikdə isə şirkət müğənnidən 3 milyon 400 min lirə təzminat tələb edir.
Sənətçi isə baş verən hadisəyə belə münasibət bildirib:
“Mən ağılsız deyiləm. Hər uğurlu insanın ticarət həyatında belə davalar olur. İlk deyil, son da olmayacaq. İşimi görürəmsə, mənə heç nə olmaz. 25 ildir bu işə görə it kimi çalışıram. Bir məhkəmə iclası ilə insanların mənə nə qədər pul xərclədiklərini bilməzsiniz. Məni əsla etibarsızlıqda günahlandıra bilməzlər. Məni tanıyan tanıyır. Məhkəmələr bitəndən sonra bəlkə baş verənləri sevənlərimə danışaram”