Xəbər verdiyimiz kimi, Bergüzar Korelin bacısı Zeynəb Korel Amerikada serbiyalı bir qadınla evli olduğu və xadiməçilik etdiyi üzə çıxıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bacısının onun haqqında söylədiyi ittihamlara səssiz qalan kino ulduzu xəstəxanadan çıxarkən görüntülənib. İkinci uşağına 4 aylıq hamilə olan Bergüzar həyat yoldaşı Halit Ergençlə birlikdə həkim nəzarətinə gəlib. Çıxışda paparatsilərin kameralarına tuş gələn cütlük ayaqüstü jurnalistlərin suallarını cavablandırıb.
"Bütün ailə üzvlərinin seçimlərinə və həyatlarına hörmət edirik. Özü paylaşdı, onun seçimidir. Hörmətlə qarşılayırıq", - deməklə kifayətlənən Bürgüzar bacısının ittihamlarına heç bir münasibət bildirməyib.
Məlumat üçün bldirək ki, Zeynəb Korel “2-ci sayfa” verilişinə verdiyi açıqlamada ailəsinin təzyiq və basqılarına məruz qaldığı üçün ölkəni tərk etməyə qərar verdiyini açıqlamışdı. O, Halit Ergençlə evli olan bacısı Bergüzar Korelin ailəsinin hamiləliyi sayəsində davam etdiyini də iddia etmişdi.
Zeynəb və Bergüzar Korel bacıları Tanju Korel və Hülya Dercanın qızlarıdır