Qadin.NET / Kıvanç Tatlıtuğdan Xəyanət AÇIQLAMSI

Kıvanç Tatlıtuğdan Xəyanət AÇIQLAMSI

Kıvanç Tatlıtuğdan Xəyanət AÇIQLAMSI

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ xəyanət iddialarına cavab verib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi xəbəri yayan jurnalistləri məhkəməyə verəcəyini deyib.

"Son günlərdə haqqımda yayılan xəbərləri oxuyub susuram. Aktyorluğum və gördüyüm işlərlə bağlı fikir bildirə, tənqid edə bilərsiniz. Lakin bir neçə gündür evliliyim haqda yayılan şaiyə ailəmin müqəddəsliyinə kölgə salır.

Heç bir sənəd və sübut olmadığı halda, mediada evliliyimə zərər verən xəbərlər yayılıb.
Həmin reklam 2013-cü ildə çəkilib. Sözügedən xanımla həmin vaxtdan bəri görüşməmişəm.
Görüşmədiyim, əlaqə qurmadığım biri ilə adımı necə hallandıra bilərsiniz? Bu xəbərə görə, mən məhkəməyə müraciət edəcəyəm” deyə, Tatlıtuğ bildirib.

Kıvanç Tatlıtuğdan Xəyanət AÇIQLAMSI


16 oktyabr 2019
GO BACK