Oktyabrın 15-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Prezidentin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.
Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib