İsveçin paytaxtı Stokholmda 2019-cu ilin Nobel həftəsi çərçivəsində sonuncu kateqoriya üzrə mükafatlar sahiblərini tapıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, iqtisadiyyat üzrə Nobel mükafatına hindistanlı Abicit Banerci, fransalı Ester Düflo və amerikalı Maykl Kremer layiq görülüb.
Onlar qlobal yoxsulluqla mübarizə ilə bağlı səylərinə görə mükafat alıblar.
Qeyd edək ki, tibb, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə qaliblərə təqdim olunacaq