Qadin.NET / Uşaq qidasının içindən qurd çıxdı - Bakıda

Uşaq qidasının içindən qurd çıxdı - Bakıda

Uşaq qidasının içindən qurd çıxdı - Bakıda


Bakıda uşaq qidasının içindən qurd çıxıb.

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

 

“Məhsulun istifadə müddəti də bitməyib.  Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

14 oktyabr 2019
GO BACK