TRT1-də yayımlanacaq, baş rolunda aktyor Burak Özçivitin oynadığı "Kuruluş Osman" serialının çəkilişləri davam edir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyorun xanımı Fahriye Evcen hər gün oğlu ilə birlikdə çəkiliş meydançasına gedir. O, fasilələrdə ərini tək qoymur və oğlu ilə birlikdə daha çox vaxt keçirməsinə imkan yaradır. Fahriye Burakın sağlam qidalanması üçün də hər gün evdən yemək hazırlayıb aparır.