ABŞ-in Miçiqan ştatında yaşayan 35 yaşlı Anjela Gerzaniks fastfud və şirin içkilərdən imtina etdikdən sonra 70 kq arıqlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, o, sakitləşmək üçün uşaqlıqdan zərərli qıdalar qəbul edib. Artıq 9 yaşında o, artıq çəkili idi və getdikcə vəziyyət pisləşirdi. O, hər gün işdən sonra yolunun üstündəki McDonalds-a gəlir, sonra isə evdə ailəsi ilə birgə şam edirdi. Nəticədə 2015-ci ildə onun çəkisi 140 kq olmuşdu.
2016-cı ildə qadın bu cür həyat tərzi ilə iki oğlunun - 15 yaşlı Entoni və 7 yaşlı Castinin necə böyüdüklərini görməyəcəyindən narahat olmağa başlayır. Bundan sonra qadın dieta saxlayır. Fastfud və yarımfabrikatlardan imtina edən qadın ət, meyvə-tərəvəz və süd məhsullarından istifadə etməyə başlayır. Şirə və qazlı sudan imtina edir. O, yalnız su və qara kofe içir. Hər gün iki litrdən çox su qəbul edir. Nəticədə Anjela 70 kq arıqlayıb və özünü çox enerjili hiss edir.