Türkiyəli həkim Orhan Kural müğənni Sılanı "Karanfil" adlı mahnısına görə məhkəməyə verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, sənətçinin mahnıdakı sözləri ilə insanları siqaret çəkməyə səslədiyini iddia edib.
Kuralın vəkili ərizəsində "Bütün dünyada tütün sektoru uşaq və gənclərdə siqaretə meyillilik yaradan amilləri gücləndirmək üçün məşhurlardan istifadə edir. Bunun son örnəyini Sıla Gençoğlu adlı müğənninin "Karanfil" mahnısında gördük. Hansı məqsədlə bir müğənni mahnısının içində 5 dəfə dayanmadan siqaret çəkməkdən bəhs edər?" ifadələri yer alıb