“Çilek Kokusu” ilə məşhurluğa qovuşub, “Erkenci Kuş” ilə ulduzu parlayan Demet Özdemir yeni seriala çəkilir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisa ilə İbrahim Çelikkol “Evim” serialının baş qəhrəmanlarını canlandıracaqlar.
İkili yeni layihələrinin elanını instaqramdan paylaşıb. Serialda Demet Zeynəb, İbrahim isə Mehdi rolunu oynayacaq.
Serialın mövzusu həyatda bəxtləri gətirməyən ikilinin mümkünsüz eşq hekayəsidir. Serialın TV8 kanalında yayımlanması gözlənilir.
Qeyd edək ki, "Erkenci kuş" serialında baş rolu canlandıran Demet Özdemir və Can Yamanın adı sevgi qalmaqallarında çəkilirdi