Londondakı "The Mayor Gallery" qalereyasında qeyri-adı sərgi təşkil ediləcək.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgidə satılacaq.
Qalereyada 1800-7400 dollar məbləğində olan 55 rəsm nümayiş etdiriləcək. Onlar rəssam-zooloq Desmond Morrisə məxsusdur. Məhz o, 1956-cı ildə meymunların bədii qabiliyyətlərini tədqiq edərək Konqoya qələm tutmaq öyrətmişdi.
Şimpanze üç il ərzində 400-dən çox rəsm çəkib. Meymun 1964-cü ildə vərəm xəstəliyindən ölüb.