Ərəb dünyasında qadınların ictimaiyyət qarşısına çıxmasına çox da icazə verilmir. Amma bu qanun bəzilərinə şamil edilmir. Elə İordaniya şahzadəsi Rana da istisnalar siyahısındadır. O, ölkəsində dəb ikonası olmağa belə nail olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə də Səudiyyə Ərəbistanının iki şahzadəsi - Raqhat və Sara bint Abdulla bin Saud Al-Saud, Misir kraliçasının nəticəsi Nazlı Sabri Əminə El-Dəmirdaş və İran kralı Fevzi Fuad Yaz Bakeyin nəvəsi "Vogue Arabia" üçün obyektiv qarşısına keçiblər.
Fotosessiya Dubayda baş tutub. Onlar məşhur brilyant markasının zinət əşyalarından istifadə ediblər. Şahzadələr "Van Cleef & Arpels" markasını nümayiş etdiriblər. Şəkildə Əminə 673 brilyant qaşın yer aldığı boyunbağı taxıb.
Misir və İran şahzadəsi üçün bu adi hal olsa da, Səudiyyə Ərəbistanından olan şahzadələr üçün fotosessiya yenilik olub.