Qadin.NET / Dünyanın ən gözəl adası seçildi – FOTO

Dünyanın ən gözəl adası seçildi – FOTO

Dünyanın ən gözəl adası seçildi – FOTO


Cəmi 6 nəfərin yaşadığı və avtomobildən istifadə olunmadığı Flatey dünyanın ən gözəl adası seçilib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, İslandiyanın şimal-qərbində yerləşən və uzunluğu sadəcə 2 km olan Flatey dünyada ən gözəl 50 ada arasında birinci olub.

Qış ayları kimsəsiz keçən Flateyə yay aylarında gələn insanların sayı 9 minə çatır. Buraya gələnlər adada yaşayan qağayı populyasiyası ilə yanaşı, 35-dən çox quş növünü də görmək şansı əldə edir. Bunlara qarabattaq, istrdiyə ovçusu, susüpürən və bəzi suda yaşayan qağayı növləri daxildir.

Yabanı bitkiləri sevənlər burada 150-dən çox bitki növünü də görə bilər, eyni zamanda “qatil balinaları”...

Ada Breyda-ford körfəzində yerləşir.

Staykkişolmur qəsəbəsindən çıxan bərə ilə gələ biləcəyiniz adada yayda 3 ay açıq olan “Hotel Flatey” adlı bir mehmanxana var. İslandiyanın 1864-cü ildə tikilmiş ən qədim kitabxanası da Flateydədir. Habelə 1926-cı ildə qalma Kristiyana və Baltazar Samper tərəfindən hazırlanmış freskaların olduğu bir kilsə...

Adada çoxlu sayda film çəkilib. Bunlar arasında ən diqqət çəkəni isə Nobel mükafatlı “The Honour of House” filmidir.

Dünyanın ən gözəl adası seçildi – FOTO


6 oktyabr 2019
GO BACK