Birinci Vitse-Prezident Mehriban Əliyeva Lahıc sakinlərinə qonaqpərvərliyə görə təşəkkür edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, birinci xanım bu barədə sosial şəbəkə hesabında yazıb.
M. Əliyeva lahıclılarla görüşdən fotolar paylaşaraq təəssüratını bölüşüb:
“Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!”