Hazal Kaya həyat yoldaşı Ali Atayla birlikdə verdiyi hamiləlik pozlarını İnstaqramda paylaşıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, cütlüyün fotoları sosial mediada trendə çevrilib.
Bir neçə həftə oğlu Fikret-Alinin qucağına almağa hazırlaşan aktrisa həyat yoldaşına bu sözləri yazıb:
"Qarnımda oğlumun təpikləri ilə izah edə bilmədiyim bir təşəkkür duyğusu, şükür və xoşbəxtcəsinə doğum günü şamlarını üfürdüm. Bunda illərdir sevgiisi ilə, dəstəyilə məni yalnız buraxmayan canlarımın çox böyük payı var. İncə ruhlu insanlar tərəfindən sevilmək böyük lütfdür. Yenə sayənizdə gözlərim doldu".
Qeyd edək ki, cütlük bu ilin fevralında evlənib.