Ötən ay Simon Koneckidən ayrılan dünyaca məşhur müğənni Adele aşiq olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, axtardığı sevgini özündən 6 yaş böyük reper Skeptada tapan ifaçı onun ad gününə gedib. Cütlüyə yaxın mənbə onların bu münasibəti gizli tutmağa çalışdığını və bir-birlərini çox sevdiklərini bildiriblər. Cütlük uşaqları ilə birlikdə də vaxt keçirirlər.
Qeyd edək ki, Adelin ilk evliliyindən 7 yaşlı oğlu, Skeptanın isə 11 aylıq qızı var.