Türk müğənnisi Serdar Ortaçla 8 illik evliliyini bitən Xloye Lougnan boşandıqdan sonra ilk dəfə açıqlama verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, boşandıqdan sonra özünü daha yaxşı hiss etdiyini deyib.
"Bizim sevgi ilə bir problemimiz olmayıb. Evliliyimiz boyunca Serdarı çox sevdim. Hələ də sevirəm. Biz çox yaxın dostlarıq. Ancaq boşanmağın hər ikimiz üçün ən yaxşı qərar olduğunu düşündük. Təbii ki, hər evlilikdə problemlər olur. Ancaq təəssüf ki, hər problemi də həll etmək olmur" deyə, o bildirib