Qadin.NET / Marsda bütöv bir "şəhər" aşkar etdilər

Marsda bütöv bir "şəhər" aşkar etdilər

Marsda bütöv bir "şəhər" aşkar etdilər


Maraqlı tapıntıları ilə tanınan Scott Waring növbəti açıqlaması ilə ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacarıb.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Marsın səthindəki fotolara baxarkən Waring şəhər aşkar etdiyini iddia edib. O, bu şəhəri NASA-nın Mars səthindəki fotoşəkillərində aydın görmək mümkün olduğunu bildirib. 

Onun sözlərinə görə, bu fotolar Marsda hələ də həyatın olduğunu sübut edə bilər. Ancaq ufoloq bunun nadir bir təbiət hadisəsi ola biləcəyini də istisna etmir.

Tədqiqatçı hesab edir ki, bu "şəhər" birbaşa Atlantislə əlaqəlidir. O bildirir ki, bu sivilizasiyanın nümayəndələri bir vaxtlar Marsda yaşayıb, lakin bizə məlum olmayan səbəblərə görə, Yerə köçərək cansız Marsı tərk ediblər.

Ufoloq araşdırma apararaq tapıntısı haqqında çəkdiyi videosunu internetdə yayımlayıb.

Onun sözlərinə görə, Marsın fotoşəkillərində qüllələri olan bəzi binaları və küçələri aydın şəkildə görmək mümkündür

Tədqiqatçı bildirir ki, bu fotoşəkillər Marsda nə vaxtsa həyatın olduğunun sübutudur.

Marsda bütöv bir "şəhər" aşkar etdilər


30 sentyabr 2019
GO BACK