Keçmiş Malayziya kralı Sultan V. Məhəmmədlə evlənən Rusiya gözəli Oksana Voevodina ailə həyatının bitməsindən danışıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı model keçmiş ərinin mayda dünyaya gələn övladının ondan olmadığını iddia etməsindən söz açıb. Voevodina oğlu Leonun Məhəmməddən olduğunu sübut etmək üçün DNT analizi verəcəyini bildirib.
Kral iyulda şəriət qaydaları ilə boşadığı arvadına bunu heç xəbər də verməyib. Oksana boşanma xəbərini internetdən öyrəndiyini söyləyib.