Qadin.NET / Bağçalarda uşaqlar necə qidalanır? - VİDEO - FOTO

Bağçalarda uşaqlar necə qidalanır? - VİDEO - FOTO

Bağçalarda uşaqlar necə qidalanır? - VİDEO - FOTO


Uşaq bağçası valideynlərin övladlarını etibar etdiyi təhsil ocağı olmaqla yanaşı, onların sağlamlığının da keşiyində duran müəssisədir. Aldıqları təhsil savadlı gənc kimi yetişmələrini təmin etdiyi kimi, qidalanmaları da sağlam böyümələri üçün olduqca vacibdir.

Uşaq: "Bizə gündə üç dəfə yemək verirlər, yeməklər çox dadlıdır, xoşumuza gəlir".

Məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulur. Sadəcə müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin həcmi bir qədər artırıla bilər.

Şəfa Əmirxanova - Bağça müdiri: "Sifarişimizi bir ay öncədən veririk və ərzağı qəbul edirik. Quru ərzaq nümunələri ayda iki dəfə, süd, çörək kimi məhsullar gündəlik tələbə görə, ət və ət məhsulları isə həftədə bir dəfə qəbul edilir".  

Uşaqların qidalanması zamanı qənaətbəxş olmayan ərzaq məhsulları olarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir.

Mətanət Məhərrəmova - Bağça müdiri: "Yeməklərimiz vaxtında bişirilir, verdiyimiz yeməkdə köhnəlmə olmur. Qalıq yemək olmur bizdə. Qalıq yeməkləri atırıq, uşaqlara heç vaxt verilmir".

Özəl bağçaların ərzaq təminatı isə rəhbərlik tərəfindən bazar və mağazalar vasitəsilə həyata keçirilir

Taleh Cəlilov - Özəl bağça rəhbəri: "Müsbət 2-8 dərəcə temperaturda saxlanılan məhsullar var, mənfi temperaturda da saxlanan məhsullar var ki, buraya ət və ət məhsulları daxildir.  Digər məhsulları isə saxlama kameralarında, soyuducularda saxlayırıq".  

Ərzaqlar çeşidlərinə görə, müxtəlif zamanlarda gətirilir və heç bir bağça ərzaqsız qalmır.

Leyla Məmmədova - "Aqrar Tədarük və Təchizat" ASC-nin sədri: "Bağça nümayəndələri İcra Hakimiyyətlərinin vasitəsilə sifarişlərini yerləşdirirlər. İcra hakimiyyətlərinin nümayəndələri neçə dəfə təchizat olunmaq istədiklərini  portalda seçim vasitəsilə edə bilərlər. Bəzi bağçalar, məsələn Gəncə şəhərində yerləşən bağçalar 3 dəfə təchiz edilir, amma elə bölgələrimiz var ki, onlar təchizatı bir dəfə seçiblər".

Aqrar Tədarük və Təchizatı ASC bağçalara qidaların çatdırılmasına kimi olan müddətdə həmin ərzaqların keyfiyyətinə tam cavabdehdir. Ancaq bağça qəbul etdikdən sonra həmin qidaların hansı şəraitdə və keyfiyyətdə saxlanması tam olaraq həmin bağçanın məsuliyyətindədir. ARB TV

28 sentyabr 2019
GO BACK