"Bir Zamanlar Çukurova" serialında Müjgan rolunu canlandıran məşhur türk aktrisası Melike İpek Yalova sentyabrın 23-də İzmirdə rejissor Altuğ Gültan ilə ailə həyatı qurub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, toyda cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib
Toy şəkillərində aktrisanın qarnının qabarıq görünməsi ağıllara aktrisanın hamilə olması səbəbilə tələsik ailə həyatı qurması sualını gətirib.
Bu iddiaya aktrisadan cavab gecikməyib. O bildirib ki, yayılan xəbərlər yalandır.