ABŞ-dakı Kaliforniya Berkeley Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup indiyədək ən əhatəli araşdırmanın nəticələrini açıqlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, tədqiqatda “yadplanetli izi” tapılmayıb.
Bununla belə, araşdırma qrupunun rəhbəri Denni Prayz yadplanetlilərin mövcudluğuna olan ümidini itirmədiyini deyib.
Bundan əvvəl planet üzrə alim və NASA-nın “Yeni Üfüqlər” nümayəndəliyinin üzvü Alan Stern qəribə varlıqlarla əlaqə qura bilmədiyimizə dair yeni bir nəzəriyyə təklif etmişdi.
Amerika Astronomiya Cəmiyyəti tərəfindən təşkil edilən konfransda açıqlama verən Stern o canlıların planetdəki okeanların dərinliyində, qalaktikanın digər hissələrində olduğunu bildirmişdi.