Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı İTV-də yayımlanan "3D" verilişində qonaq olan zaman deyib.
Onun sözlərinə görə, "Azərsu"nun su filtri satışı ilə məşğul olan şirkətlərə qarşı tədbir görməsi üçün səlahiyyəti olmasa da, mütəmadi olaraq təbliğat işləri aparılır:
"Əgər suyun tərkibini iki dəmir, TDS-lə öyrənmək mümkündürsə, niyə dövlətlər milyonlar xərcləyib laboratoriya qururlar? Siz eşitmisizmi ki, Bakıda sudan kütləvi zəhərlənmə, yaxud da ölüm olsun? Bu TDS suda ümumi həll olunmuş duzların miqdarını göstərir. Bu gün bizim qüvvədə olan standarlarımıza əsasən, bu göstərci 1500-ə qədər olduğu halda içməyə yararlıdır. Dünya səhiyyə təşkilatının standartlarında isə bu göstərici 1000-ə bərabərdir. Bu gün bizim Abşeron yarımadasına 5 mənbədən verdiyimiz sularda bu göstərici 500-ü keçmir. Bakıda satılan filtrlərin çoxu əks osmos tiplidir. Bunlar cod suların yumuşaldılmasına hesablanmış qurğulardır. Nəticədə suyun tərkibində olan minerallar məhv olur və ölü suya çevrilir".
Qeyd edək ki, son illərdə su filtri satışı ilə məşğul olan şirkətlərin işçiləri qapı-qapı gəzərək TDS (total dissolved solids) və elektrolizlə demo nümayiş etdirirlər. Suyun elektroliz nəticəsində çirkləndiyini görən vətəndaşlar filtr almağa razı salınır.