Parisdə yaşayan yaşlı qadının evindəki tablonun sərvət dəyərində olduğu aşkarlanıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, illərdir mətbəxinin divarında asılan tablonu mütəxəssislərə aparıb. Əsər üzərində bir sıra testlər aparıldıqdan sonra onun 13-cü əsrdə yaşayan məşhur florensalı rəssam Cimabueyə aid olduğu bildirilib.
Tablonun dəyərinin 6 milyon avro olduğu bildirilir. Adının açıqlanmasını istəməyən qadın onu hərracda satacağını bildirib.