Qadin.NET / Madonna Antalyaya gedir

Madonna Antalyaya gedir

Madonna Antalyaya gedir


Dünyaca məşhur müğənni Madonna Nyu-Yorkdakı evində türk hamamı inşa edən şirkətin dəvətlisi olaraq oktyabrda Türkiyəyə gedəcək.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı Antalyada klinikada 12 gün detoks proqramından keçəcək. Sənətçi gününü otelin kral dairəsində bu proqrama uyğun keçirəcək. O, şəxsi aşpazını da özü ilə gətirəcək.

"Madonna aşpazının qidalanma proqramımızı öyrənməsini istəyir. O, sağlam həyata olduqca önəm verir" deyə, sağlam həyat mərkəzinin qurucusu Elif Ural bildirib.

"Səhər oyanma saatından yeyəcəyi yeməklərə qədər hər şeyi biz proqramlaşdıracağıq. 12-ci günün sonunda tamamilə yenilənmiş halda ölkəsinə qayıdacaq" deyə, o, söyləyib

25 sentyabr 2019
GO BACK