Qadin.NET / İki həftədən bir dərisi dəyişən model - FOTO

İki həftədən bir dərisi dəyişən model - FOTO

İki həftədən bir dərisi dəyişən model - FOTO


Ceyza Qari "İxtioz" (balıq pulcuğu) xəstəliyi ilə dünyaya gəlib.

 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, həyatı boyunca bir çox çətinliklərlə üzləşən qadın anasının hər zaman ona dəstək olduğunu deyib."Anam hər zaman mənə dəstək olub. Məktəbdə oxuyanda hər kəs məndən uzaq gəzir, təhqir edirdi. Anam bir gün gələrək, bunun yoluxucu olmadığını, mənim də digər uşaqlar kimi olduğumu dedi. Dərim kərtənkələ və ilan dərisi kimidir. 10-14 gündən bir tökülür" deyə, o bildirib. Ceyza çətir və nəmləndirici olmadan heç yerə gedə bilmir."Əvvəllər makiyajla üzümü gizlətməyə çalışırdım. Daha sonra isə dərimin sənət əsəri olduğunu anladım və daha makiyaj etmədim" deyən gənc qız "Vogue İtalia" nəşri tərəfindən dünyaya tanıdılıb.Özünə güvəni və cəsarəti ilə hər kəsə örnək olan gənc qız sosial media paylaşımları ilə də bu xəstəlikdən əziyyət çəkən insanlara güc verir.Qeyd edək ki, "ixtioz" xəstəliyi genetik olub, müalicəsi yoxdur.
İki həftədən bir dərisi dəyişən model - FOTO

İki həftədən bir dərisi dəyişən model - FOTO

İki həftədən bir dərisi dəyişən model - FOTO


25 sentyabr 2019
GO BACK