Məşhur aktrisa Demi Murun şəxsi həyatı ilə bağlı etirafları keçmiş əri Aşton Kuçeri özündən çıxarıb.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, "Inside Out" adlı memuar yazan 56 yaşlı aktrisa keçmiş əri ilə "üç nəfərli seks" etdiyinə görə peşman olduğunu kitabında qeyd edib. Demi ərinin soradan ona xəyanət etməsinə səbəb kimi də bu cinsi münasibəti göstərdiyini deyib.
"Sadəcə, ərimi məmnun etmək üçün belə etmişdim. Ona nə qədər əyləncəli biri olduğumu göstərmək istəyirdim. Lakin o, mənə xəyanət etdi və özünümüdafiə edərək üç nəfərli seksimizi buna əsas gətirdi, - Demi kitabında qeyd edib.
Aşton Kuçerin aktrisaya cavabı gecikməyib. O, telefon nömrəsini şəxsi Tvitter hesabında paylaşaraq kitabda yazılanların yalan olduğunu bildirib.
Özümdən çıxıb, burada ağlıma gələni yazacaqdım, amma birdən oğlum, qızım və xanımımı görüb, tviti sildim. Kitab yalanlardan ibarətdir, doğrusunu bilmək istəyənlər bu nömrədən məni yığsın.