Qadin.NET / 9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı

9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı

9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı


ABŞ-da doqquz il əvvəl övladlığa götürən şəxslər qorxunc hadisə ilə üzləşiblər.

Belə ki, Kristin və Mişel adlı ər-arvadın doqquz yaşında olduğunu zənn edib övladlığa götürdükləri qızın "cücə" olduğu ortaya çıxıb.

Məlumatda bildirilir ki, bir müddət sonra ukraynalı cütlük qızın hərəkətlərindən şübhələnməyə başlayıblar. Həkimə müraciət edən ər-arvad Natali adlı qızın ən azı 14 yaşında olduğunu öyrəniblər.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail"ə danışan Kristin Natalinin qəribə şəkillər çəkdiyini, qızın ailə üzvlərini öldürüb basdırmaq istədiyini bildirib. Həmçinin, qeyd edib ki, Natalini onun qəhvəsinə xlor tökərkən görüb. Bu zaman qadın Natalidən nə etdiyini soruşduqda - "səni zəhərləməyə çalışıram" cavabını verib.

Həkimlərin apardığı araşdırmalar nəticəsində Natalinin 1989-cu il təvəllüdlü olduğu və psixi sağlamlığının yerində olmadığı müəyyənləşib.

İndi Kanadada yaşayan qız psixoloji yardım almasına baxmayaraq, yenə də özünü uşaq kimi aparır.

9 yaşında bilib övladlığa götürdülər, 30 yaşında manyak çıxdı


25 sentyabr 2019
GO BACK