Qadin.NET / Oktyabrın 1-dən gecə reysləri bərpa olunur

Oktyabrın 1-dən gecə reysləri bərpa olunur

Oktyabrın 1-dən gecə reysləri bərpa olunur


Qadin.Net qafqazinfo-ya istinadn xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Nuridə Allahyarova məlumat verib.

O qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. 

Oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın "MAN" şirkətinə məxsus Neoplan avtobuslarının uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.

25 sentyabr 2019
GO BACK