Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov yazıb. O qeyd edib ki, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq: "Belə ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib.
Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. Qeyd edək ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq.
Müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmridi. Yeni razilaşmaya əsasən, müflis elan olunan bankalarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq. Bu, o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa, o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq".