İllərdir serial, reklam və bir çox layihə ilə ekranlarda yer alan və milyonlarla heyranı olan Hülya Avşarın qazancı təəccübə səbəb olub.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, aktrisanın daha çox daşınmaz əmlak və torpaq sahələrinə sərmayə qoyub. Onun İstanbulda, Bodrumda, İngiltərədə daşınmaz əmlak və torpaq sahələri var.
Bildirilir ki, Hülya Avşar 2017-ci ildə reklam firmalarından birinin siması olmuş və 2 mln Tl qazanc əldə etmişdi.
Yerli jurnallardan birinin xəbərinə görə, Hülya Avşarın 2021-ci ilə qədər müqavilə bağladığı firmadan əldə etdiyi gəlir 6 milyon türk lirəsi olub.
O, 30 ildir çəkildiyi hər serial, film, reklam anlaşmasında bir çox gənc insan üçün iş imkanları yaradıb. Qeyd edilir ki, aktrisanın 1989-cu ildən bu yana işlə təmin etdiyi gənclərin sayı 350-dən artıqdır.
Son 20 il ərzində tennis idmanına qazandırdığı gənc isə 1000 nəfər olub. Hülya Avşar hər il 30 universitet tələbəsinə də təqaüd verir.