19 il sonra yenidən podiuma çıxan Cenifer Lopez səhnəyə damğa vurub.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, məhşur pop-star Cenifer Lopez müğənnilik fəaliyyəti ilə yanaşı, ara-sıra moda səhnələrində də iştirak edərək modelyerlərə meydan oxuyur, azarkeşlərini valeh edir. Lopez bu dəfə 19 əvvəl geyindiyi bir paltarla podiuma çıxaraq moda səhnəsinə damğa vurub.
50 yaşlı Cenifer Lopez bu dəfə moda səhnəsinə 19 il əvvəl, 2000-ci ildə "Grammy" mükafatının və "Google Images"in təqdimat mərasimi zamanı geyindiyi yaşıl paltarla çıxıb. Cenniferin bu paltarı hələ o zaman mükafat mərasiminə damğa vurmuş və uzun müddət müzakirə olunmuşdu.
Cenifer bu dəfə yaşlı əfsanəvi paltarının modern versiyası "Versace" ilə podyuma çıxıb. O, bununla da Milano Moda həftəsinə damğa vurub. 50 yaşlı ulduz səhnəyə ayaq qoyar-qoymaz iştirakçıları onu alqışlayaraq, telefonlara sarılıblar. Onun podiuma çıxışını sosial mediadan 2 milyon insan izləyib. Həmin tədbirdə tanınmış simalardan Kendall Cenner, Kaia Gerber, Irina Shayk, Bella Hadid və Gigi Hadid də podiuma çıxıb.