Qadin.NET / İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir - VİDEO

İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir - VİDEO

İş vaxtından əlavə işə görə ikiqat əməkhaqqı ödənilməlidir - VİDEO


Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar. Xüsusən də işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda geniş yayılıb.

Qadin.Net bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Özəl sektordakı müəssisələrin bir qismində, ümumiyyətlə, iş saatı tənzimlənmir. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qayda da aparılır. 

Sakin: "Bir gün, iki gün olarsa, təcili iş olarsa, işləmək olar, amma işçini məcbur hər gün işlətmək düzgün deyil".

Normal iş vaxtının müddəti gündə səkkiz saatdan və həftədə 40 saatdan artıq ola bilməz. İstisna hallarda artıq işlədilən işçiyə ikiqat norma ilə əməkhaqqı ödənilməsi göstərilib.

Samir Şərifov - Hüquqşünas: "Əgər tərəf iradəsinə zidd şəkildə, məcburi işlədilirsə, bu zaman işin həm inzibati, həm də cinayət məsuliyyəti var. Ancaq mümkün olar ki, tərəflərin razılığı ilə işçi altı gün işləsin. Bu zaman belə gündəlik norma qanunvericilikdə müəyyən olunub".

Bu məsələdə işçilərin də üzərinə böyük iş düşür. Şəxs əgər hansısa bir qanun pozuntusu ilə rastlaşarsa, müvafiq qurumlara müraciət etməlidir ki, tapdanmış hüquqları bərpa edilsin.

Aynur Osmanqızı - DƏMX-in mətbuat katibi: "Fasiləsiz fəaliyyət göstərən istehsalat sahəsi istisna olunmaqla digər müəssisələrdə istirahət günlərində, ümumxalq hüzn günlərində, qeyri-iş günü olan bayram günlərində işçilərin işlədilməsi Əmək Məcəlləsinə əsasən qadağandır".

Hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunvericiliyə uyğun olaraq, Dövlət Əmək Müfəttişliyi zəruri hal olmadıqda müəssisələrdə yoxlama aparmır. Bu da bəzi sahibkarların "işgüzar" fəaliyyətinə şərait yaratmış olur. Bu kimi hallar yaşanmasın deyə, ən vacib şərt əmək müqaviləsinin bağlanmasıdır ki, iş vaxtından artıq işlə bağlı məsələyə həmin vaxt aydınlıq gətirilsin

23 sentyabr 2019
GO BACK