Qadin.NET / 178 illik ingilis şirkəti iflas oldu

178 illik ingilis şirkəti iflas oldu

178 illik ingilis şirkəti iflas oldu


Dünyanın ən böyük sərnişindaşıma şirkətlərindən olan “Thomas Cook” iflas etdiyini açıqlayıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aparılan son danışıqlardan nəticə ala bilməyən ingilis şirkəti rəsmən fəaliyyətinə son qoyduğunu açıqlayıb.

178 ildir fəaliyyət göstərən “Thomas Cook” xətti ilə tətilə gedən İngiltərə vətəndaşlarının geri qaytarılması üçün ən böyük “geri qaytarma əməliyyatı”na başladığını elan edib.

“Operation Matterhorn” adlanan əməliyyatla 150 mindən çox İngiltərə vətəndaşının ölkəyə geri gətirilməsi planlaşdırılır.

Dünəndən etibarən tətil məkanlarına boş təyyarələrin göndərilməsinə başlanılıb

23 sentyabr 2019
GO BACK