Hindistanın Racastan ştatında doğulan uşaq tibb dünyasını heyrətə gətirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, körpə qız uşağı 3 əlli və 4 ayaqlı olaraq dünyaya göz açıb. 24 yaşlı qadın bu qəribə qızla yanaşı sağlam oğlan uşağı da doğub.
Həkimlər ehtimal edir ki, əvvəl üçəm hamiləlik olsa da, daha sonra iki döl birləşib. Gənc ana hamiləliyi boyunca həkimə getmədiyi üçün problemdən xəbərsiz olub. Uşağın əlavə orqanlarının əməliyyat ilə götürüləcəyi bildirib. Körpədə əvvəl nəfəslə bağlı problem olsa da, oksigen aparatına qoşulduqdan sonra həyati vacib orqanların fəaliyyəti bərpa edilib.