Aktrisa Keti Holms sevgilisi Ceymi Foks tərəfindən tərk edildikdən sonra yaşadığı depressiyadan xilas olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 40 yaşlı Holms çox keçmədən yeni eşqə başlayıb. Aktrisanı italyan mediası görüntüləyib.
Keti "Fendi" brendinin yeni kolleksiyasının təqdimat mərasiminə sevgilisi ilə əl-ələ gəlib. Gəncin kimliyi isə hələ mediaya bəlli deyil. Sevgililər Milanda romantik anlar yaşayıblar. Görünüşündə dəyişikliklər edən aktrisaya hər kəs 10 yaş gənc göründüyünü deyiblər.
Moda həftəsinə Holms "Fendi"nin qırmızı libasını geyinib.
Qeyd edək ki, Keti Hollivud ulduzu Tom Kruzla ailəli olub. Cütlüyün 13 yaşlı Suri adlı qızı var. Ceymi ilə eşq yaşayan Holmsu sevgilisi 21 yaşlı model Seli Veyv üçün tərk edib.