"Diriliş Ertoğrul" filmindən tanıdığımız aktyor Engin Altan Düzyatan bu dəfə filmdə prokuror rolunu canlandıracaq.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Engin Altan Düzyatan İstanbulda "Kurşun" filmində çəkilişlərə başlayıb.
Artıq filmin çəkilişlərindən ilk fotolar da paylaşılıb. Ertoğrul bu dəfə çəkildiyi "Kurşun" filmində 1970-ci illərdə ədalət axtarışında olan prokuror Orhan Atmaca rolunu ifa edəcək. Onun filmdəki əsas tərəfmüqabili Leyla Devrim rolunu ifa edəcək Burcin Terzioğlu olacaq.