Türk müğənnisi və bəstəkarı Serdar Ortaç bir neçə həftə öncə boşandığı arvadı Xloye Louqnan haqda maraqlı açıqlama verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı müxbirlərin ayrılığa peşman olub-olmaması haqda sualı belə cavablandırıb:
"Əlbəttə ki, mən də ölənədək birlikdə yaşamaq istəyərdim. Kim istəyər evliliyi bitsin? Ancaq olmadı. Evləndiyim üçün heç vaxt peşman olmamışam. Birlikdə yaşadığımız 8 ilin hər dəqiqəsi halal xoşu olsun" deyə, o bildirib.
Qeyd edək ki, Ortaç konsertində "Biraz gec oldu, amma anladım. Nə varsa bizim qızlarda var. Anam da demişdi, çox xəbərdarlıq etmişdi. Səni dinləməyən o qulaqlarıma.." deyə peşmançılığını ifadə etmişdi.