Təndir tüstüsü və kəskin duzlu qidalar xərçəng riskini artırır.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu SBÜ Van Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Sabahaddin Çelik deyib.
Professorun sözlərinə görə, xəstəxanada son dövrlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, təndirdən çıxan tüstü və kəskin duzlu qidalar qida borusu və mədədə xərçəngin yaranma riskini artırır. Buna görə də təndir çörəyi belə mədə və qida borusu xərçənginin risk faktorları arasında yer alır. Professor qeyd edir ki, bu tip xərçəng növünə qadınlarda iki dəfə çox rast gəlinir: “Dünya miqyasında daha çox ağ ciyər, prostat və döş xərçəngi genişmiqyaslı yayılmasına görə ilk sıradadır. Lakin bizim bölgəmizdə mədə və qida borusu xərçəngi daha çox yayılıb. Bu da insanların düzgün qidalanmamasından irəli gəlir.
Sabahaddin Çelik nəzərə çatdırıb ki, bu tip xərçənglərdən qorunmaq üçün qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır: “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xərçəng xəstəliklərinin 70%-nin qarşısı alına bilər. Buna görə də insanların həyat tərzləri və qida rasionuna diqqət yetirməsi vacibdir”