Beynəlxalq Kosmik Stansiyanın bortunda olan alimlər komandası tarixdə ilk dəfə çəkisizlik şəraitində sement hazırlayıblar. Təcrübənin məqsədi gələcək kosmik missiyalar zamanı başqa planetlərdə ev qurmaq üçün tikinti materialı istehsalı imkanlarını qiymətləndirməkdir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, astronavtlar sementin əsas maddələrini – trikalsium silikatı su ilə qarışdırıblar və əldə olunmuş qarışığın bərkiməsi üçün 42 gün gözləyiblər.
Ancaq təcrübə bəzi suallara aydınlıq gətirməyib. Yerdə sement tozu su molekullarını udaraq məlum kristal strukturunu formalaşdırır. Lakin çəkisizlik şəraitində bu proses tamamilə fərqlidir. Beləliklə, alimlər "kosmik sement”də məsamələrin çox olduğunu qeyd edirlər ki, bu da onun möhkəmliyinə təsir edə bilər.