11 sentyabr hadisələrinin 18-ci ildönümündə dünyaya gələn qız hər kəsi təəccübləndirib.
Qadin.Net Milli.Az-a istinadla xəbər verir ki, sentyabr ayının 11-də saat axşam saat 10-a 11 dəqiqə işləmiş (9:11 pm) dünyaya gələn körpə hər kəsin marağına səbəb olub.
Qəribəsi isə odur ki, həmin gündə, həmin saatda dünyaya gələn qızın çəkisində də 9/11 rəqəmləri var. Christina Malone-Brown adı verilən körpə doğulan zaman 9 fund 11 unsiya olub.
Maraqlı olay ABŞ-ın Tenessi ştatındakı doğum evlərinin birində yaşanıb.